Xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İşğaldan azad edilmiş ərazilərdə 500-600 meqavat gücündə KSES-lər inşa ediləcək
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilirb
Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib