13 mart 2020 17:37
1672

Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb

"Hazırda Azərbaycanda rəsmi olaraq koronavirusa yoluxduğu təsdiqlənən 19 hal qeydə alınıb".

"Report" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, onlardan 3 nəfəri tam sağalaraq evə buraxılıb.

Y.Qarayeva bildirib ki, virus aşkar olunan hallar epidemioloji əlaqəli hadisələrdir.