18 may 2020 17:34
1364

Azərbaycanda 2055 nəfər COVID-19-dan sağaldı

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayev deyib ki, ölkədə koronavirusa yoluxan 3 387 nəfərin 2 055-i sağalıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.