25 iyul 2020 16:25
695

Azərbaycanda daha 321 nəfər koronavirusa yoluxdu, 535 nəfər sağaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.