“Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 300 mininci abonenti qeydə alınıb.
Birlikdən "İki sahil"ə bildirilib ki, o, Salyan Regional Qaz İstismarı İdarəsinin Hacıqabul xidmət sahəsi üzrə qeydiyyatda olan İsifova Sevda Ramazan qızıdır. Hazırda rayonda yerləşən bağçada müəllimə kimi çalışan Sevda xanım sentyabr ayının sonlarına aparılan hesabatlarda 2 milyon 300 mininci abonent kimi qeydiyyata düşüb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin təşəbbüsü ilə abonentə təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub.
S.İsifova belə bir həssas dönəmdə ona diqqət göstərdiklərinə görə “Azəriqaz” İB-nin rəhbərliyinə minnətdarlığını bildirib. Arzu olunub ki, növbəti mərhələdə 2 milyon 400 mininci abonentə təşəkkürnamə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda təqdim edilsin.
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib
SOCAR-da ilk dəfə olaraq “İşin icrasına icazə” sisteminin elektron formada tətbiqinə başlanılıb
"CHARGE Europe 2025" konfransı "SOCAR Türkiyə"nin ev sahibliyi ilə İstanbulda keçirilib