17 fevral 2020 20:40
1259

Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır

Badamdar sürüşmə sahəsində vəziyyət gərgin olaraq qalır. Buna baxmayaraq, ərazidə yeni aktivlik qeydə alınmayıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov məlumat verib.

Nazirliyin rəsmisi deyib: “Sürüşmə ərazisində gərginlik davam etdiyindən təbii və texnogen amillər prosesin aktivləşməsinə təsir edib. Nəticədə sürüşmə kütləsi üzərində olan təxminən 3x4 metr ölçüdə torpaq kütləsi qismən yerini dəyişib. Evlər sürüşmə sahəsindən kənarda olduğu üçün prosesin onlara təsiri yoxdur. Monitorinqlər davam etdirilir”.

Qeyd edək ki, fevralın 14-də Badamdar sürüşmə sahəsində aktivləşmə qeydə alınıb.