Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.
Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.
Xatırladaq ki, ərazidə artıq 3-cü dəfədir ki, sürüşmə olur.
Zəngilanın Məmmədbəyli kəndində daha 30 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB
Ötən gün ailələrinin itkin kimi axtarışa verdiyi 7 nəfər tapılaraq təhvil verilib