10 fevral 2020 15:01
1516

Bakıda 29 yaşlı oğlan narkotikdən zəhərlənərək öldü

Bakıda ölüm hadisəsi baş verib.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Ağayev Mehdi Namiq oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Meyitinin ilkin müayinəsi zamanı onun qəbul etdiyi narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.