15 may 2019 16:58
217

Bakıda avtobus kranla toqquşdu, xəsarət alanlar var - FOTO

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub.

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Report"