19 yanvar 2021 19:19
1221

Bakıda yol qəzası tıxaca səbəb olub

Bakıda yol qəzası baş verib.

"İki sahil" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. H.Əliyev prospektində metronun "Koroğlu" stansiyası istiqamətində baş verən yol qəzası prospektdə tıxaca səbəb olub.

Hazırda həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.