Berfu Yenenler doğuşdan sonra aldığı kilolardan tamamilə qurtulub.
"İki sahil" xəbər verir ki, Eser Yenenler və Berfu Yenenler ötən ilin iyun ayında evlənmişdilər. Cütlük ilk körpələri Kuzeyi oktyabr ayında qucaqlarına aldılar. Hamiləlik dövründə 13 kilo alan Berfu Yenenler doğuşdan sonra idmana başladı və ilk 38 gündə sağlam qidalanma və idmanla 11 kilo arıqladı. Bu prosesi izləyiciləri ilə bölüşən Berfu dedi:
"Hamiləliyim dövründə 13 kilo qazandım, doğuşdan sonrakı ilk həftədə 10 kilo öz-özünə getdi. Mən də inanılmaz dərəcədə təəccübləndim, insanların necə əvvəlki hallarına dönmələrinə inana bilmədim, amma mən də onlardan biri oldum. İlk həftədən sonra hər gün 45 dəqiqə və 1 saat gəzməyə başladım. Düşünürəm ki, şeyin dərmanı gəzməkdir. Bu gün mən də bu həftədən etibarən funksional məşqlərə başladım."
Qeyd edək ki, Berfu Yenenler həyat yoldaşı Eser Yenenler ilə birlikdə bir mükafatlandırma mərasiminə qatılıb. Qara mini geyimi ilə diqqət çəkən Berfu Yenenlerin doğuşdan sonra aldığı çakidən tamamilə xilas olduğu gözlərdən qaçmadı.