27 fevral 2020 10:27
2127

“Bəşəriyyətin SON ümidi” - FOTO

Norveçdə qlobal bir fəlakət zamanı istifadə üçün nəzərdə tutulan “qiyamət anbarı” dünyanın müxtəlif ölkələrindən gətirilmiş 60 min ədəd toxum nümunəsi ilə təmin edilib.

"İki sahil" xəbər verir ki, Norveçin Svalbard adasında qurulan anbar Şimal qütbündən 1300 kilometr məsafədə yerləşir. Anbar bir çoxları tərəfindən “bəşəriyyətin son ümidi” olaraq qiymətləndirilir.

Bir dağın içində qorunan toxumlar üçün ən böyük təhdid isə qütb ayılarıdır. Bölgədəki yüzlərlə qütb ayısını anbardan uzaq tutmaq üçün xüsusi mühafizəçilər fəaliyyət göstərir.