05 avqust 2020 00:56
982

Beyrutdakı partlayışda yaralananlardan ikisi Türkiyə vətəndaşıdır

Beyrutda baş vermiş güclü partlayışda yaralananlardan ikisi Türkiyə vətəndaşıdır. Onlar üçün həyati təhlükə yoxdur. Hadisədən zərər çəkənlər arasında digər türklərin olub-olmaması araşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Livandakı səfiri Hakan Çakıl “A HABER” televiziya kanalı ilə videobağlantıda məlumat verib. H.Çakıl bildirib ki, Türkiyə səfirliyinin inzibati binası hadisə yerindən 14 kilometr aralıda olsa da, partlayışın səsi aydın eşidilib.