Qazax və Şəki rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Şəmkir və Zaqatala Regional Qaz İstismarı idarələri məlumat yayıblar.
Bildirilib ki, təmir işləri ilə əlaqədar noyabrın 19-da saat 14:00-dan etibarən Şəki rayonunun S.Mümtaz və Sarabski küçələrinə qazın verilməsi işlər başa çatanadək dayandırılacaq.
Bundan əlavə, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə saat 10:00-dan etibarən Qazax rayonunun Birinci Şıxlı kəndinin qaz təchizatında da müvəqqəti fasilə yaranacaq.
Xəzərin sahilboyu ərazilərində mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib
Xəzər akvatoriyasına aid ərazilərin hüquqi statusu aidiyyəti qurumlarla birgə dəqiqləşdiriləcək
Ərazilərin zonalaşdırılmasından sonra idarəetmə statusu rəqəmsal platformada əks olunacaq