Qaz xətlərində sazlama və təmir işlərinin aparılması məqsədilə bu gün səhər saatlarından etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi, L.Bədəlbəyli, R.Axundov, M.Sübhi və R.İmanov küçələrinin, Qaradağ rayonu, Ələt qəsəbəsi Musabəyov, İmanov küçələrinin, yeni məhəllə adlanan ərazinin və Ələt-Salyan yolunun sağ tərəfinin, Şirvan şəhərinin bir hissəsinin, həmçinin Zaqatala rayonunun Lahıc və Bəhmətli kəndlərinin qaz təchizatı dayandırılıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir