17 fevral 2020 16:05
1281

Bilirdinizmi? - 17 fevral Dünya Pişiklər Günüdür - FOTO

Min illər boyu insanların dostu olan, bəziləri yanımızda yaşayan, bəziləri tənbəl, bəzilərinə əhəmiyyət verilməyən, lakin həmişə şirin pişiklər günüdür.

“İki sahil” xəbər verir ki, ilk dəfə 2005-ci ildə qeyd olunan Dünya Pişiklər Günü 17 fevralda bir çox ölkədə qeyd olunur.

Maarifləndirmə günü kimi tanınan Dünya Pişiklər Günü evsiz pişiklər haqqında məlumatlılığı artırmaq üçün hər il 17 fevralda qeyd olunur. Bu gün dünyanın müxtəlif tarixlərində qeyd olunur. Belə ki, 8 avqustda Kanadada və ya ABŞ-da 29 oktyabrda qeyd olunur. İlk dəfə 2005-ci ildə qeyd olunan Dünya Pişiklər Günü Rusiyada isə martın 1-də keçirilir.

Qədim mənşəyi tam məlum olmasa da, pişiyin mənşəyi ən azı 9,500 il əvvəl Yaxın Şərqdə kənd təsərrüfatına başlandığı vaxta təsadüf edir. Cənubi Kiprdə bir insan skeletinin yanında tapılan bir pişik skeleti eyni dövrə təsadüf edir. Çində 5.300 illik tarixi olan qeydlərə görə, o dövrdə pişiklər kənd təsərrüfatı məhsullarına zərər verən gəmiriciləri ovlayırdılar. Bu məlumatlarda pişiklərin zərərvericiləri ovlamaq üçün fermerlər tərəfindən bəsləndikləri qeyd olunur. Pişiklər Çində 5-ci və 6-cı sülalələr dövründə (e.ə. 2465-2150) müqəddəs sayılsa da, onların nə evcilləşdirildiyi məlum deyil. Pişikləri təxminlərə görə taxıl qorumaqdakı effektivliyini dərk edən qədim misirlilər tərəfindən evcilləşdirilib. Pişiklərin bəslənilməsi  haqqında ən etibarlı mənbələr  eramızdan əvvəl 1500-cü illərə təsadüf edir.