16 dekabr 2021 15:40
822

BMU nüfuzlu QS reytinq cədvəlində yer alıb

Böyük Britaniyanın “QS World University Rankings” nəşrinin Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin 2022-ci il üzrə reytinq cədvəlində Azərbaycandan ümumilikdə 7 universitet yer alıb.

“İki sahil” xəbər verir ki,  ən yaxşı universitetlərin reytinq cədvəlində Xəzər Universiteti 211-220, Azərbaycan Dövlət İqtisad Universiteti 221-230, Bakı Dövlət Universiteti 251-300, ADA Universiteti 301-350, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 401-450 aralığında qərarlaşıb.

Reytinq müəllimlərin təcrübəsi, xarici tələbələrin nisbəti, həmçinin işəgötürənlər arasında nüfuz və akademik nüfuz istifadə olunmaqla tərtib olunub.