25 iyun 2020 19:12
444

BNA: Sürücülərin maskasız sərnişinlərə biganə yanaşması halı var

Gün ərzində ayrı-ayrı dayanacaq məntəqələrində avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər olub. “İki sahil” xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agnetliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, sürücülərin tövsiyəsindən sonra həmin sərnişinlər də maska taxıblar: "Sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da var. Bununla bağlı məlumatlar almışıq.

Məsələ ilə bağlı tərəfimizdən reydlər keçirilir. Bütün hallar qeydə alınır, analiz edilir. Qarşıdakı günlərdə ictimai nəqliyyatda maskadan istifadə ilə bağlı qərarın icrasına nəzarət tədbirləri daha da gücləndiriləcək". Qeyd edək ki, bu gündən etibarən avobusa maskasız daxil olmaq qadağandır.