10 yanvar 2020 10:30
845

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

Böyük Britaniya Parlamentinin alt qanadı olan İcmalar Palatası Brexit sazişini təsdiqləyib.

330 nəfər sazişin lehinə, 231 nəfər isə əleyhinə səs verib.

Razılaşma gələn həftə Lordlar Palatasında müzakirə ediləcək. Müqavilə Lordlar Palatasından keçdiyi təqdirdə, Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minəcək.

Əgər Lordlar Palatası razılaşma mətninə hər hansı bir dəyişiklik edərsə, müqavilə yenidən səsvermə üçün İcmalar Palatasına göndəriləcək.

Xatırladaq ki, İcmalar Palatası tərəfindən təsdiqlənən razılaşma, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra nəzərdə tutulan 11 aylıq keçid dövründə gömrük ittifaqının davam etdirilməsini və Aİ ölkələrinin mövcud hüquqlarının qorunmasını nəzərdə tutur. //AZƏRTAC