05 sentyabr 2019 19:19
1215

Böyük Britaniyada təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib

Böyük Britaniyada “EasyJet” aviakompaniyasına məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib.

AZƏRTAC “Manchester Evening News” qəzetinə istinadla xəbər verir ki, Mançesterdən İspaniyanın Alikante şəhərinə uçmalı olan təyyarənin pilotunun işə gəlmədiyi məlum olduqdan sonra sərnişin Maykl Bredli aviakompaniyaya öz xidmətini təklif edib. Üzərində pilot sənədi olan sərnişinə ciddi yoxlamadan sonra layneri idarə etməyə icazə verilib.

Nəticədə uçuş vaxtında həyata keçirilib. “EasyJet” aviakompaniyası göstərdiyi köməyə görə sərnişin Maykl Bredliyə təşəkkürünü bildirib.