23 sentyabr 2019 19:23
357

Brayl əlifbası necə yaranıb?

Brayl əlifbası ilk dəfə  hərbi məqsədlə yaranıb. Napaleonun sifarişi ilə Şarl Barbe nöqtələrdən ibarət əlifba düzəldir. Bu əlifbanın məqsədi əsgərlərin qaranqlıqda işıq istifadə etmədən məlumatları səssizcə oxuya bilməsi idi. Amma əsgərlər bu əlifbanı çox çətin öyrənirdilər. Çünki, əlifba çox çətin idi. Buna görə də əlifba istifadə edilmirdi və istifadəsiz qalmışdı.

Lui Brayl bu əlifba ilə tanış olanda onun çatışmazlığını və əsgərlərin niyə əlifbadan imtina etmələrinin səbəbini tapır.

Əlifbada hər simvol 12 nöqtədən ibarət idi. Bu da əlifbanı çətinləşdirirdi. Brayl simvollarla nöqtələrin sayını 6-ya endirdi və bundan sonra əlifba sadələşdi.

Braylın yeni əlifbası görmə problemi olan insanlar tərəfindən istifadə edilməyə başlandı.

Röya Rasimqızı, “İki sahil”