02 iyul 2020 15:42
1283

Bu gün beynəlxalq idman jurnalistləri günüdür

2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
“ İki sahil” Sportline.az-a istinadən xəbər verir ki, məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb.
1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın 94 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.
Sözügedən bayram 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təşəbbüsü ilə keçirilir.