21 mart 2020 14:05
1570

Bu günədək Ukraynada 39 nəfər koronavirusa yoluxub

Ukraynada artıq 39 nəfər koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Artıq Xarkov şəhərində də ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Ukraynanın Çernovtsı, Jitomir, Kiyev, Dneprpetrovsk, İvano-Frankovsk, Donetsk vilayətlərində, həmçinin Kiyev və Lvov şəhərlərində də koronavirusa yoluxma faktları qeydə alınıb. Bu virusdan isə 3 nəfər həyatını itirib.

Qeyd edək ki, Ukraynada aprelin 4-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Karantinin müddətinin uzaldılması gözlənilir.