02 dekabr 2020 16:31
313

Buduq kəndinə güclü qar yağdı, yol bağlandı 

Qubanın mərkəzindən 35 km aralıda yerləşən Buduq kəndinə gedən yol bağlanıb.

"İki sahil“ qafqazinfo-ya istinadən xəbər verir ki, buna ötən gündən bəri yağan güclü qar səbəb olub.

Kənd sakinləri yolu açmaq üçün qarı təmizləməyə çalışıblar. Lakin Quba-Buduq yolu sərt dağlıq olduğundan, külək qarı yola töküb. Hazırda kənd yolu bağlı olaraq qalır.