18 may 2020 15:40
290

Bulvarda hansı obyektlər işləməyəcək?

Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək. 

"İki sahil" xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. 

Bildirilib ki, Dənizkənarı Milli Park ərazisindəki kafe və restoranlar operativ qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək. Vurğulanıb ki, idarə bu məsələləri xüsusi nəzarətdə saxlayacaq. Qeyd edilib ki, parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. 

Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək.