Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir. Bu mənada ölkəmizin bütün regionlarından dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindən Validə Xəlilova yazır: “Hörmətli cənab Prezident! Müqəddəs Ramazan bayramı münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Qoy, bu müqəddəs bayramın gəlişi ilə bütün bəlalar, eləcə də koronavirus xəstəliyi yurdumuzdan uzaq olsun, ölkəmizə ruzi-bərəkət, yeni parlaq dövr ayaq açsın. Ramazan bayramı Sizin ailəniz başda olmaqla bütün ailələrə sevinc və xoşbəxtlik gətirsin. Möhtərəm Prezident, mən Rusiya vətəndaşıyam. Bir müddətdir ki, Bakıdayam. Rusiyada yaşayan bütün azərbaycanlılar adından Sizə təşəkkür edirəm. Sizin koronavirusla bağlı gördüyünüz tədbirlər təqdirəlayiqdir. Biz bir daha gördük ki, xalqımızın sağlamlığı, firavan yaşayışı Sizin üçün hər şeydən qiymətlidir. Nə yaxşı ki, varsınız.”
Xızı rayonu, Giləzi qəsəbəsindən Hacıxıdır Cabarov: “Hörmətli cənab Prezident! Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan inamla öz gələcəyini qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanır. Bu gün Azərbaycan öz sabitliyini və inkişafını təmin edən ölkədir. Bu sabitlik, bu inkişaf koronavirus pandemiyasının öhdəsindən gəlməyə də kömək etdi. Cənab Prezident, mənim 89 yaşım, 7 nəvəm və 7 nəticəm var. Yorulmaz fəaliyyətinizə görə böyük ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. İnşallah, Sizinlə Qarabağda da zəfər yürüşü keçirəcəyik.”
Lerik rayonu, Siyov kəndindən Səxavət Bayramov: “Cənab Prezident! Sizin rəhbərliyinizlə koronavirus pandemiyasına qarşı aparılan mübarizə sahəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrini geridə qoydu. Məhz buna görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanın bu mübarizədə nümunəvi ölkə olduğunu bildirərək, Sizə iki dəfə təşəkkür məktubu ünvanladı və bir sıra ölkələrə məhz respublikamızın bu sahədəki təcrübəsindən yararlanmağı tövsiyə etdi. Cənab Prezident, gərgin fəaliyyətiniz nəticəsində qazanılan uğurlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə hər zaman güclüyük.”
Lənkəran rayonu, Havzava kəndinin sakini Sərdar Fərəcov: “Cənab Prezident! Mənim 78 yaşım var, təqaüdçüyəm. İki oğlum zabitdir, digər bir oğlum isə Aprel döyüşlərinin iştirakçısıdır. Siz vətəndaşlara həmişə diqqət və qayğı ilə yanaşmısınız. Hazırda bütün dünyada COVID-19 virusu can almaqda davam edir. Siz virusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər gördünüz. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Siz bu çətin günlərdə əhalinin bütün təbəqələrindən olan insanların sosial vəziyyətini nəzərə alıb onlara qayğı göstərdiniz. Yaşlı insanlara daha çox yardımlar edilir. Onların tibbi və ərzaq ehtiyacları təmin olunur. Hətta işsiz insanlarda diqqətdən kənarda qalmadı. Onlar üçün birdəfəlik vəsait ayrıldı. Sizin müdrikliyiniz, humanistliyiniz qarşısında baş əyirik. Siz hər bir vətəndaşın yanındasınız. Biz Sizinlə fəxr edirik. Allah Sizə uzun ömür versin.”
Tovuz rayonu, Qovlar şəhərindən Taleh Allahverdiyev: “Hörmətli cənab Prezident! Dünyanı bürümüş COVID-19 infeksiyasının Azərbaycanda pandemiya halına çevrilməsinin qarşısının alınmasında apardığınız məqsədyönlü siyasətə və həyata keçirdiyiniz qətiyyətli tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. 2020-ci ildə bəşəriyyət, o cümlədən də doğma Vətənimiz pandemiya təhlükəsi ilə qarşılaşdı. Dünyanı bürümüş siyasi və iqtisadi çətinliklərə baxmayaraq, məhz Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanda pandemiyanın yayılmasının qarşısı alındı. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz bu çətin vəziyyətdən də şərəflə çıxacaq. Ölkəmiz üçün mürəkkəb dövrdə Siz öz əzmkar fəaliyyətinizlə Azərbaycan xalqının yanında olduğunuzu, daim hər bir vətəndaşı düşündüyünüzü və onun qayğısına qaldığınızı bir daha sübut etdiniz. Sizin tükənməz səyləriniz sayəsində minlərlə həmvətənimizin həyatı bu bəladan xilas olundu. Ölkəmizin keçdiyi bu çox mürəkkəb dövrdə xalqımıza göstərdiyiniz qayğı və diqqət, insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız Sərəncamlar dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Cənab Prezident, dünyanın bəlasına çevrilən COVID-19 ilə mübarizədə xalqın yanında olmağınızı bütün Azərbaycan xalqı kimi bizim kollektivimiz də minnətdarlıqla qəbul edir və bu çətin, gərgin işlərinizdə Sizə yeni uğurlar arzu edirik.”
Masallı rayonundan Samit Nuriyev: “Möhtərəm cənab Prezident! Biz - masallılılar həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə xalqla olub, həmişə vətəndaşlara dəstək göstərmisiniz. Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq və normal həyatımıza dönmək üçün özümüzü müvəqqəti olaraq təcrid etməli və evdə qalmalıyıq. Cənab Prezident, bu çətin dönəmdə əhalinin həssas qrupuna aid olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.