06 dekabr 2019 15:36
259

“Çelsi”nin transfer qadağası ləğv edildi

İdman Arbitraj Məhkəməsi (CAS) "Çelsi"yə tətbiq edilən transfer qadağası ilə bağlı klubun şikayətini təmin edib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, London klubunun pəncərəsi üçün cəzası 1-ə endirilib. Beləliklə, artıq qarşıdakı yanvar ayında onlar futbolçu ala, sata, icarəyə verə və götürə biləcəklər.

Xatırladaq ki, daha əvvəl FİFA yeniyetmə futbolçuların transferi məsələsində beynəlxalq qaydaları pozduğu üçün "Çelsi"yə 2 transfer pəncərəsini əhatə edən qadağa tətbiq etmişdi.