15 yanvar 2021 15:40
834

“Çətin ölüm” franşizasının yeni hissəsi çəkilə bilər

Hollivud aktyoru Brüs Uillisin iştirakı ilə “Çətin ölüm” (Крепкий орешек) franşizasının yeni hissəsi çəkilə bilər.

"İki sahil" qazeta.ru saytına istinadla xəbər verir ki, 65 yaşlı aktyor yeni filmlə bağlı artıq danışıqlar aparır.

Ancaq sosial mediya və Amerika KİV-lərində yayılan məlumatlara görə, 2013-cü ildə ekranlara çıxmış bundan əvvəlki hissənin uğursuz alındığını xatırlayan franşizanın pərəstişkarları bu xəbərə heç də sevinməyib.

Filmin süjetinə görə Con Makleyn sifarişi ilə qətl hadisəsində əli olan oğlu Ceki xilas etmək və həbsxanadan bir rus oliqarxının qaçırılmasında iştirak etmək üçün Rusiyaya yola düşür. Qəhramanlar bütün çətinliklərə sinə duraraq cinayətkar qruplaşmasına və Rusiyanın hüquq-mühafizə orqanlarına qarşı mübarizədə qalib gəlib evə dönürlər.

Vaxtı ilə başgicəlləndirici şöhrətə sahib olan 65 yaşlı Brüs Uillis indi keyfiyyətlə kəmiyyət arasında sonuncunu seçib. Buna görə də aktyorun pərəstişkarıları aşağı səviyyəli filmlərə baxmaq məcburiyyətindədirlər. Xatırladaq ki, Brüs Uillisin iştirakı ilə altı ilə 20 kinofilm çəkilib.