Ukraynanın Dnepr şəhərində adam oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.
AZƏRTAC Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, cinayətkar dəstə bir müddətdir pullu insanları oğurlayaraq külli miqdarda vəsait tələb edirdi. Cinayətkar dəstəyə 20-30 yaşında kişilər daxil olub.
Polis vətəndaşların şikayəti əsasında əvvəlcə cinayətkar dəstənin başçısını zərərsizləşdirib, daha sonra digər 5 nəfəri də həbs etməyə müvəffəq olub. Dəstənin bəzi üzvlərinin evlərində axtarış zamanı silah da götürülüb.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir