Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 sentyabr 2020 00:15
1408

D vitamini ilə zəngin qidaları bilirdinizmi?

Orqanizmin immun sisteminin möhkəmlənməsi, üçün ehtiyac duyduğu D vitamini ən çox günəş işığından əldə edilə bilər. Buna görə qış aylarında, yayda kifayət qədər D vitamini  alınmaması səbəbindən, vitamin çatışmazlığından əziyyət çəkə bilərik. Bəs soyuq və günəşsiz qış aylarında bədənin ehtiyac duyduğu D vitaminini necə əldə edə bilərik?

Qış aylarında D vitamininə olan ehtiyacınızı ödəyə biləcəyiniz 6 qida...

Qızıl balıq

Son illər ölkəmizdə də çox istehlak edilən yağlı balıq olan somon balığı, əla D vitamini mənbəyidir. Gündəlik D vitamini ehtiyacınızı qarşılamaq üçün 85 qram bişmiş somon balığı yeyə bilərsiniz. Yenə də günə vitaminlərlə başlamaq üçün səhər yeməyində hisə verilmiş qızıl balıq istehlak edə bilərsiniz.

Yumurta sarısı

Balığı sevməyənlər üçün bir D vitamini qaynağı da yumurtadır. Yumurtadakı zülalların çoxu yumurta ağında, yağlar, vitaminlər və minerallar isə daha çox yumurta sarısında olur. Bu səbəbdən qış aylarında çox yumurta sarısı istehlak etməlisiniz. Xüsusilə təbii şəraitdə bəslənilmiş toyuqların yumurtaları D vitamini baxımından çox faydalıdır.

Sardina

Sardina balığı D vitamininin ən yaxşı mənbələrindən biridir. Gündəlik az miqdarda sardina yeməklə gündəlik D vitamini ehtiyaclarınızı təmin edə bilərsiniz.

Balıq yağı

Balıq yağı, xüsusilə də cod balığı yağı, geniş yayılmış D vitamini əlavəsi kimi tanınır. Yalnız bir çay qaşığı balıq yağı , gündəlik D vitamini ehtiyacınızın  113%-ni  təmin edir. Digər tərəfdən, balıq yağı istifadə etmək, başqa mənbələrdən əldə edilməsi çətin olan bəzi maddələri də əldə etmək üçün yaxşı bir yoldur.

Göbələklər

D vitamininin tək bitki mənbəyi göbələkdir. Çünki göbələklər günəş işığına məruz qaldıqda bu vitamini sintez edə bilir. Lakin bütün göbələklərdə D vitamini yoxdur. Bu səbəbdən, yüksək D vitamini tərkibindən faydalanmaq üçün süni üsullarla deyil, günəşdə yetişdirilmiş və ya qurudulmuş göbələk istehlak etdiyinizdən əmin olun. Həkimlərin xüsusilə tövsiyə etdikləri göbələk növləri portobello və düymə göbələkləridir.

Süd və süd məhsulları

Kalsiumla zəngin olan tam yağlı süd və süd məhsullarının menyunuzda olmsı mütləq qidalar arasındadır. Bir stəkan tam təbii süd gündəlik D vitamini ehtiyacının təxminən 13% -ni qarşılayır.

Samirə İsmayılova,

“İki sahil”