Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 15:56
288

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən "İki sahil"-ə bildirilib ki, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.