Təbii müalicə üsulları arasında istifadə olunan dazıotu yağı dünyanın bir çox bölgəsində yetişir. Möcüzə adlandırılan dazıotu yağının faydaları çoxdur. Xüsusilə dərman qəbul etməyi sevməyənlər üçün ən gözəl təbii müalicə üsullarından biridir.
- Bədənin hər hansı bir yerində yaranan qanaxmanı dayandırmağa kömək edir.
- Dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
- Bağırsaq problemlərini həll edir.
- Revmatizm və sümük ağrıları üçün faydalıdır.
- Qurd xəstəliyinin müalicəsində tez-tez istifadə olunur.
- Yaraların sağalmasına kömək edir.
- Qanda şəkərin miqdarını azaldır.
- Mədə ağrısı və digər mədə problemləri üçün faydalıdır.
- Hüceyrələrin yenilənməsində əsas rol oynayır.
- Yuxu problemi varsa, dazıotu yağı bu problemi həll etmək üçün istifadə edilə bilər.
- Günəş şüalarının əmələ gətirdiyi yanıqların müalicəsində istifadə olunur.
- Bədəndə mikrobların əmələ gəlməsinə mane olur.
Saçlarınız üçün də dazıotu
yağından istifadə edə bilərsiniz
Zərər görmüş və qeyri-sağlam saçların bərpasına kömək edən dazıotu yağı bu gün zəifləmiş saçların müalicəsində geniş yayılmış üsuldur. Saçlardakı kəpəklənmənin və saç tökülməsinin qarşısını aldığı müşahidə edilib. Baş dərisində yaranan ekzemanın sağalmasında böyük rol oynayan dazıotu yağı dəri yenilənməsinə kömək edir. Daha gur və uzun saçlarınızın olmasını istəyirsinizsə, saçınızı yumadan öncə diblərindən uclarına qədər vuraraq 10-15 dəqiqə saxladıqdan sonra saçınızı yuya bilərsiniz.
Dərinizi yeniləməyə kömək edir
Dərinizdə yaranan sızanaqlardan və sızanaqların izlərindən xilas ola bilərsiniz. Pambığın köməyi ilə üzünüzdəki sızanaqlı hissəyə tətbiq edərək sızanaq müalicəsində asanlıqla istifadə edə bilərsiniz. Allergik strukturu olan dəriniz varsa, həkim nəzarəti altında istifadə edərək allergik reaksiyaların qarşısını ala bilərsiniz.
Röya Rasimqızı, “İki sahil”