19 iyun 2021 00:28
1060

“Dənizkənarı Milli Park”ın direktoru dəyişib

Dənizkənarı Bulvar İdarəsinə (İdarə) məxsus “Dənizkənarı Milli Park” MMC-nin Faiq Əliyev vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, şirkətə rəhbərlik İdarənin əməkdaşı Ceyhun Məmmədova həvalə olunub.

Xatırladaq ki, F.Əliyev indiyə qədər həm də İdarəyə məxsus “Sahil Xidməti” MMC-yə rəhbərlik edib və bu vəzifəsində saxlanılıb.