30 aprel 2022 17:18
1047

Deputat iki məktəbdə pedaqoji və şagird kollektivləri ilə görüşüb

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay şəhər 1 saylı və Ağdaş rayon Birinci kənd Tam Orta məktəblərində pedaqoji və şagird kollektivləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulandı.

M.Əfəndiyev təhsil müəssisələrində tədris prosesi, məktəb binalarının təchizatı, şəraiti ilə yaxından tanış oub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri də müzakirə edib.

Sonra millət vəkili Ağdaş rayon Birinci Aral kənd İcra Nümayəndəliyində keçirilən qəbul zamanı Birinci və İkinci Aral kənd ağsaqqaları, bir qrup kənd zəhmətkeşləri ilə görüşərək onların suallarını cavablandırıb. Qəbula gələn seçicilərin çoxsaylı müraciətləri dinlənilib, onları narahat edən müxtəlif problemlər diqqətə götürülüb.

Qeyd edək ki, keçirilən görüşlərdə ümumilikdə 50-yə yaxın seçici dinlənilib.