07 dekabr 2019 10:16
571

Deputat Yevda Abramov vəfat edib

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov vəfat edib.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 71 yaşlı deputat müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan, türk, rus və fars dillərini bilib. Yeni Azərbaycan Partiyasının üzvü olub. 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.

11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramov “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəli idi, 4 övladı yadigar qalıb.