Türkiyənin “Kasımpaşa” Futbol Klubu Belçikanın “Genk” klubunun konqolu sağ cinah oyunçusu Dieumerci Ndongalanı heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, “Kasımpaşa” Belçikanın “Genk” klubunun ilk heyətində nəzərə alınmayan Ndongalanın transferi klub və oyunçu ilə razılaşma əldə edib. Transferin tezliklə rəsmi olacağı gözlənilir.
Ndongala, iki il əvvəl “Genk”də oynamağa başlayıb. 77 oyuna 23 qolda (11 qol, 12 asist) imzası var.