Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın rəsmi internet səhifəsində Dövlət İmtahan Mərkəzinin (DİM) pandemiya dövründə imtahanlara hazırlığı işıqlandırılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin beynəlxalq tərəfdaşlarından biri olan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya rəsmi səhifəsində dünyanın əksər ölkələrində müşahidə olunan pandemiya səbəbindən böyük miqyaslı imtahanların keçirilməsi ilə bağlı çətinliklərlə üzləşən qiymətləndirmə qurumlarının bu sahədə həyata keçirdikləri təcrübələrini təqdim edir.
İmtahanların təşkili ilə bağlı təcrübəsi paylaşılan qiymətləndirmə qurumları arasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi də yer alıb.
Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans keçirilib
Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib