05 fevral 2019 16:25
254

Dırnaqlarınızın qayğısına qalın…

Baxımsız, qırılan, soyulmuş ya da saralmış dırnaqlara sahib olmağı heç kim istəməz. Güclü dırnaqlara sahib olmaq üçün aşağıdakı 6 vasitəyə əməl etmək zəruridir.

Əlcək geyinin

Dırnaqlarınız heç vaxt sərt kimyəvi maddələrə və ya həddindən artıq isti ya da soyuq temperatura məruz qalmamalıdır. Qabları yuyarkən və ya evi təmizləyərkən qoruyucu əlcəklərinizi geyinməyi unutmayın. Bu, qış aylarında da keçərlidir. Soyuq havalarda əllərinizi və təbii ki, dırnaqlarınızı qorumaq üçün əlcək taxmaq lazımdır.

Dırnaqlarınızı hər zaman qısa saxlayın

Çox uzun dırnaqlar qısa dırnaqlara nisbətən daha tez zədələnə bilər. Dırnaqlarınıza dəyən zərər təqribən 3 ay ərzində bərpa olunur. Bu səbəblə uzun dırnaqlardan çox uzun müddət istifadə etməyin. Bu, tez qırılma riskini aradan qaldıracaq. Həm də qısa dırnaq həmişə sağlam görünür.

Qoruyucu balzamdan istifadə edin

Dırnaq boyası tətbiq edərkən, dırnaqları kimyəvi maddələrin təsirindən qorumaq üçün təbii bir balzam alın. Bundan, yalnız dırnağa boya çəkəndə deyil, adi vaxtda da istifadə edilə bilər, beləliklə də dırnaqlarınızı daha güclü edə bilərsiniz.

Dırnaq boyasına ara verin

Dırnaqlarınız zəif olduqda, dırnaq boyası tətbiqinə biraz ara verin. Məsələn, bir ay ərzində dırnaq boyası tətbiq etməyin və onları öz halına buraxın. Bu yolla, dırnaqlarınızın nəfəs almasını və sağlam olmasını təmin edə bilərsininiz.

Nəmləndirin

Nəmləndirici kremlər yalnız dəri üçün deyil, həmçinin dırnaqlarınız üçün də vacibdir. Əlinizi krem ​​ilə masaj etdiyiniz zaman, dırnaqlarınıza da vurmağı unutmayın.

Vitamin qəbul edin

Dırnaqlarınız pəhrizdən və xarici amillərdən təsirlənir. Pəhriz siyahınıza zülal, yaşıl tərəvəz, meyvə və qoz-fındığı da daxil edin. Lazım gələrsə vitaminlərdən də istifadə edə bilərsiniz. Əlbəttə ki, həkimin məsləhəti ilə.

Röya Rasimqızı