Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 2-də Şərur rayonunda vətəndaşların müraciətlərini dinləyib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Sədərək və Kəngərli rayonlarından olan vətəndaşlar məscid təmiri, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
YAP-ın yaranmasının 34-cü ildönümü Sumqayıtda Heydər Əliyev Məktəbinin iştirakçıları ilə qeyd olunub
Hacıqabulda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü qeyd olunub
Azərbaycanın rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib