17 noyabr 2026 17:29
466

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

 

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanındaAqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə TəhsilMərkəzində fermerlər və sahibkarlar üçün “Sahibkarlar üçünMaliyyə Savadlılığı və Kibertəhlükəsizlik” mövzusundamaarifləndirici təlim keçirilib.

Təlim zamanı bankın ekspertləri maliyyə resurslarının idarə olunması, gəlir və xərclərin planlaşdırılması, kredit imkanlarından səmərəliistifadə, maliyyə risklərinin qiymətləndirilməsi, eləcə dəkiberdələduzluqdan qorunma və şəxsi maliyyə məlumatlarınıntəhlükəsizliyi barədə praktiki tövsiyələrini bölüşüblər.

 

Tədbirin açılışında çıxış edən Aqrar Xidmətlər Agentliyinin AqrarTəlim Mərkəzinin direktoru Rəşad Mehdizadə maliyyə savadlılığıvə kibertəhlükəsizliyin aqrar sektorun dayanıqlı inkişafında, fermer vəsahibkarların fəaliyyətinin gücləndirilməsində mühüm əhəmiyyətdaşıdığını vurğulayıb. O, çıxışında “Azərbaycan Respublikasındakənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalıvə emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün DövlətProqramı”nda nəzərdə tutulan aqrar maliyyə, sığorta və risklərinidarə edilməsi mexanizmlərinin inkişafı, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminintəkmilləşdirilməsi prioritetlərinə toxunub. Bildirib ki, buistiqamətlərdə fermer və sahibkarların maarifləndirilməsi, maliyyəresurslarından səmərəli istifadə və müasir texnologiyalar barədəbiliklərinin artırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, dövlət-özəl əməkdaşlığı çərçivəsində təşkil olunan təlim və maarifləndiricitədbirlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir aqrartexnologiyaların və qabaqcıl təcrübələrin geniş yayılmasına xidmətedir.

 

Təlim çərçivəsində Expressbankın İqtisadi Təhlükəsizlik şöbəsininmüdiri Tofiq Mehdiyev “Kibertəhlükəsizlik vəkiberdələduzluqdan qorunma” mövzusunda çıxış edərək rəqəmsalmühitdə mövcud təhlükələr, kiberdələduzluq üsulları, bank kartları vəşəxsi maliyyə məlumatlarının qorunması barədə iştirakçılara ətraflıməlumat verib, təhlükəsiz onlayn əməliyyatların aparılması ilə bağlıtövsiyələrini bölüşüb. Ardınca bankın Biznes Bankçılıqdepartamentinin direktor müavini Yaşar Cabarov “Sahibkarlarüçün ümumi maliyyə savadlılığı” mövzusunda çıxış edərək gəlir vəxərclərin planlaşdırılması, maliyyə resurslarının düzgün idarəolunması, kredit imkanlarından səmərəli istifadə və maliyyə risklərininqiymətləndirilməsi məsələlərinə toxunub. O, maliyyə savadlılığınınsahibkarlıq fəaliyyətinin davamlılığı və düzgün biznes qərarlarınınqəbulunda mühüm rol oynadığını vurğulayıb.

 

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər “AzərbaycanRespublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakulturaməhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritetistiqamətlərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsbedir. Xüsusilə, aqrar maliyyə, sığorta və risk idarəetməsimexanizmlərinin inkişaf etdirilməsi, eləcə də informasiya-məsləhətxidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsiprioritetləri sahibkarların bilik və bacarıqlarının artırılmasını, maliyyəalətlərinə çıxış imkanlarının genişləndirilməsini və müasirtexnologiyalar barədə məlumatlandırılmasını zəruri edir.

 

Expressbank ASC aqrar sektorun inkişafında mühüm rol oynayanfermer və sahibkarların yanında olmağı, onların biznes potensialınınreallaşdırılmasına töhfə verməyi və dəyişən iqtisadi mühitinçağırışlarına daha hazırlıqlı olmaları üçün bilik və bacarıqlarınıninkişafına dəstək göstərməyi bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial media platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

 

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.