12 mart 2020 11:34
2673

Dünyanın ən son kəşf olunan 10 məkanı - FOTO

Yəqin ki, bu gün dünya ərazisində başlayan bəşəriyyətin səyahətləri minlərlə illər müddət çəkib. Afrika, Orta Şərq, Asiya və Avropaya, sonra dünyanın qalan hissəsinə çatan insanlar nəhayət 1895-ci ildə Antarktidaya ayaq basıblar. “İki sahil” bəşəriyyətin ən son kəşf etdildiyi yerləri təqdim edir:

İslandiya

Dünyanın ən çiçəklənən ölkələrindən biri hesab edilən İslandiya 874-cü ildə Viking dənizçiləri tərəfindən kəşf edilib. Bu tarixdən əvvəl adada insan əlamətlərinə rast gəlinməyib.

Yeni Zelandiya

Dünyanın Cənub yarımkürəsində yerləşən Yeni Zelandiya 1250-ci ildə Polineziyadan olan dənizçilər tərəfindən kəşf edilib. Adanın qərblilər tərəfindən kəşfi 18-ci əsrin sonlarında baş verib.

Azor adaları

Atlantik okeanının ortasında yerləşən bu təbii möcüzəli adaları 1439-cu ildə portuqaliyalı dənizçilər tərəfindən kəşf edilib. Azorlar o zaman coğrafi kəşflər edərkən portuqallar üçün vacib bir dayaq idi.

Svalbard

Bu Norveçə aid olan adalar dünyanın şimalında olan yaşayış son yaşayış məskəni hesab olunur. Silahsız gəzmək qadağan edilən  Svalbarda ilk dəfə 1604-cü ildə Norveç dənizçiləri  gəliblər.

Bermud

Ətrafında baş verən təyyarə qəzaları səbəbiylə şeytan üçbucağı adlandırılan Bermud adalarını ilk dəfə 1609-cu ildə ingilislər kəşf etdilər.

Mauritius

Hind okeanında bu möhtəşəm gözəlliyi olan ölkəni hollandiyalılar 1638-ci ildə kəşf etiblər. Buna qədər bu adalar haqqında məlumat yox idi.

Falkland

1980-ci illərdə İngiltərə və Argentinanı qarşı qarşıya salan Folkland adaları ilk dəfə 1690-cı ildə kəşf edilib.

Tristan de Cunha

İngilis torpaqları olan Tristan de Cunha dünyanın ən təcrid olunmuş yeridir. Adaya ən yaxın ərazi minlərlə kilometr məsafədədir. Atlantik okeanının cənubundakı bu tənha ada 1642-ci ildə kəşf edildi. Adanın ən diqqət çəkən tərəfi, burada yaşayanların puldan istifadə etməməsidir.

Seyşel

Bu gün bal ayı üçün ən çox seçilən istiqamətlərdən biri olan Seyşel adaları 1770-ci ildə kəşf edilib. Bu tarixdən əvvəl Seyşel adalarında yaşayış izlərinə rast gəlinmirdi.

Antarktida

Dünyanın ən cənub ucunda yerləşən Antarktidanı ilk dəfə 1820-ci ildə rus dənizçiləri kəşf ediblər, ancaq sahilə çıxa bilməyiblər. Bu soyuq qitəyə ilk ayaq basanlar 1895-ci ildə norveçlilər olub.