26 oktyabr 2020 17:44
1975

Dünyanın maraqlı heyvanat aləmi

Heyvanlar aləmi haqqında, xüsusən də internet vasitəsi ilə bir çox özəlliklərini öyrənmiş olsaq da, hər gün yeni və təəccüblü məlumatlarla qarşılaşmaq mümkündür. Bugünkü məqaləmizdə heyvanlar aləmindən fillərdən maraqlı və təəccüblü məlumatlar hazırlamışıq.

Buz imperatorları pinqvinlər

Məşhur inancların əksinə , pinqvinlər hər iki yarımkürədə deyil, yalnız Cənubi yarımkürəsindədir. Araşdırmalara görə, pinqvinlərin 60 milyon ildir mövcud olduğu düşünülür. Balaca mavi pinqvinlərin uzunluğu təxminən 30 santimetrdir və çəkisi yalnız bir ananasın çəkisinə bərabərdir. Bəzi pinqvin növlərində erkək inkubasiya etdiyi dövrdə, dişilər həftələrlə ova yollanırlar. Pinqvinlərin valideynləri, böyüyənə və ov edənə qədər körpələrinə birlikdə baxırlar.

Hamının şirin və gülməli bildiyi meymunlar

Bəzi meymun növləri heyvanlar aləmində ən inkişaf etmiş zəkaya sahibdir. Asiya bölgəsində yaşayan insanlar meymunlara əl çatmayan budaqlardan meyvə yığmağı  öyrədirlər. Şimpanzeler, insanlardan sonra alətlərdən istifadə etməyi bacaran yeganə canlılardır. Hindistanda daha çox yayılmış makakalara xalq arasında “oğru meymunları” deyilir. Afrika savannasında yaşayan babunlar zülala ehtiyac olduqda ceyran və quş ovlayırlar.

Asta gəzintiləri ilə məşhur tısbağalar

Məşhur inancın əksinə olaraq, bütün tısbağalar üzə bilmirlər. Tısbağalar aləmində dişi tısbağalar erkək olmadan yumurta verə bilər. Yavaş gəzən, dördayaqlı, sürünən heyvan olan tısbağa dünyanın hələ tükənməmiş ən qədim heyvan növlərindən biridir.

Dünyanın ən böyük heyvanı - fillər

Fillər dünyanın ən böyük heyvanlarıdır. Bədən çəkilərinə görə atlaya bilmirlər. Çünki fillərin ayaq əzələləri bədən çəkilərini daşıyacaq qədər inkişaf etməmişdir.

Sevimli dostlarımız - pişiklər

Pişiklərin beyin quruluşu insana bənzəyir. Duyğuları yaradan orqanları belə eynidir. Pişiklərin IQ səviyyəsi itlərdən daha aşağıdır, lakin kompleks problemləri həll etməkdə itlərdən daha yaxşıdırlar. Bir kişi aslan və bir dişi pələng cütləşməsindən əmələ gələn hibrid növ liger, dünyanın ən böyük pişik növüdür. Bu tip pişiklərin uzunluğu 3-3,5 metrə çata bilər.

Quşların ən yaxın yaşayan qohumları timsahlar

Timsahlar, təxminən 84 milyon il əvvəl yaranan böyük sürünənlərdir. Uzaqdan baxanda kərtənkələ kimi görünürlər. Suda çimərkən rahat görən, eşidən və rahat nəfəs ala bilən timsahlar ovlarına hücum etmədən əvvəl təxminən 2 metrlik bir sahəyə girmələrini gözləyirlər.

Güc və itaət rəmzi - atlar

At insanlara xidmət edən ən bacarıqlı və dəyərli heyvanlardan biridir. Yorulmasından asılı olmayaraq səy və gücünü itaət naminə istifadə edir. Quruda yaşayan bütün heyvanların içərisində ən böyük gözü olan heyvan atdır. İndiyə qədər qeydə alınan ən sürətli yarış atının qaçış sürəti saatda 88 kilometrə çatmışdır. Onu qeyd edək ki, atların orta qaçış sürəti saatda 44 kilometrdir.

Samirə İsmayılova, ”İki sahil”