03 sentyabr 2020 22:14
3098

Əfran İsmayılov “Səbail”də

Millimizin sabiq üzvü Əfran İsmayılovun yeni klubu müəyyənləşib.

Bu barədə Qol.az-a 31 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, karyerasını “Səbail”də davam etdirəcəyini deyib. Tərəflər 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki,  Ə.İsmayılov “Qarabağ”, “Turan”, “Bakı” “Xəzər Lənkəran”, "Sumqayıt" və son olaraq “Keşlə”də çıxış edib.