14 avqust 2020 21:48
689

Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib

Səbail rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Trend-in məlumatına görə, məhkəmədə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.