“Milli Şura”nın Koordinasiya Mərkəzinin sabiq üzvü: “Milli Şura” rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!..
“Dostlar, “Milli Şura”dan istefa verməyimin səbəbləri ilə bağlı saysız-hesabsız suallara cavab vermək məcburiyyətindəyəm. Ümid edirəm ki, dediklərimi səmimi qəbul edəcəksiniz”.
“İki sahil” xəbər verir ki, bunu “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verən Eldəniz Quliyev “Facebook” sosial şəbəkəsində yazıb. O, qeyd edib ki, əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydı, deyərdi: mərdi qova-qova... namərd oldular!..
“Milli Şuran” ilk yaradıcılarından olduğunu bildirən E.Quliyev əlavə edib ki, bu gün “Milli Şura” qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi: “Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və... o qrupun çəkisi ağır gəldi.(?!). Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cürə qəbul edə bilməzdim. Xalqın mental dəyərlərinin ayaqlar altına atılması “Milli Şura” üçün intihara bərabər hərəkət idi. Əlbəttə, xalqın belə yanaşmanı ikrah hissilə qarşılayacağı, bizləri sərt şəkildə qınayacağı şübhəsizdir. Sabah “Milli Şura”ya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə talehyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli sayıram. Dəfələrlə bu haqda dedim, təkrar elədim, tələb, xahiş elədim ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir, bu yol bir baş məğlubiyyətə aparır və s. və i.a”.
“Milli Şura”nın Koordinasiya Mərkəzinin sabiq üzvü vurğuayıbb ki, “Milli Şura” üçün ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür: “Belə çıxdı ki, “Milli Şura” rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, hörmətli (inanın ki, bu an “hörmətli” kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli, Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və “Milli Şura”ya problem yaratdığımı əlində bayraq etməzdi... Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı,ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bunca sevgi nümayiş etdirərlər. Sədd heyif!..”
E.Quliyev əlavə edib ki, bu sayaq mövqe sərgiləyən, tamami ilə siyasi birlikdə qala bilməzdi: “Xalqın sayğısı, inamı və dəstəyi olmadan heç bir siyasi qurum, demokratiya, eləcə də hakimiyyət uğrunda mübarizədə qalib gələ bilməz – kürreyi-ərz yığışsa da! Xalqı özündən uzaqlaşdırmaq, ONUN dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik eləmək və ONU bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir.
Xalqa cənnət vəd edib ONU cəhənnəmə aparmağa heç kimin haqqı-hüququ-ixtiyarı yoxdur!”