Vətəndaşlara göstərilən müştəri xidmətlərində operativliyin, şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə yeni elektron xidmətlərin yaradılması istiqamətində “Azərsu” ASC tərəfindən zəruri tədbirlər davam etdirilir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq elektron xidmətlərdən istifadə imkanları genişləndirilir.
Göstərilən xidmətlərin daha əlçatan olması məqsədilə 2019-cu ildə “Azərsu” ASC tərəfindən 2 yeni elektron xidmət ("Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti", "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi") istifadəyə verilib. Bununla da “Azərsu” ASC-nin tətbiq etdiyi elektron xidmətlərin sayı 18-ə çatdırılıb. İl ərzində vətəndaşlar tərəfindən müxtəlif elektron xidmətlərlə bağlı 186 min müraciət qeydə alınaraq icraya yönləndirilib.
Hazırda “Azərsu” ASC tərəfindən aşağıdakı elektron xidmətlər göstərilir:
1. Su borcunun internet vasitəsilə öyrənilməsi
2. Su borcunun internet vasitəsilə ödənilməsi
3. Abonent məlumatlarının dəyişdirilməsi
4. İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması
5. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi
6. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayış
7. “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti”
8. "Su sayğaclarının plombunun dəyişdirilməsi müraciəti"
9. "Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət"
10. "Elektron müraciət"
11. "Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi" elektron xidməti
12. "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması"
13. "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması"
14. “Su nümunələrinin yoxlanılmasına dair müraciət”
15. "Borcun araşdırılması üzrə müraciət"
16. "Su sayğaclarının quraşdırılması müraciəti"
17. "Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti"
18. "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi"
Bu xidmətlərdən yararlanmaq üçün vətəndaşlar www.e-gov.az "Elektron hökumət" portalı, həmçinin www.azersu.az saytında müvafiq bölmələrə daxil olub istədikləri xidməti seçərək əməliyyat apara bilərlər. Elektron xidmətlər vətəndaşların və xidmət təşkilatlarının işini sadələşdirir və asanlaşdırır. Vətəndaşlar bu xidmətlərdən istifadə etməklə əlavə vaxt itkisi və xərclərlə qarşılaşmırlar.
Orxan Vahidoğlu, "İki sahil"