"Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarlarının icrası üzrə daha konkret planlar görmək istərdik. Çünki sülh olmadan davamlı inkişaf olmaz. Daha konkret addımlar görmək istəyirik. Azərbaycan bu cür maneələrin aradan qaldırılması üçün səy göstərməyə həmişə hazırdır".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa Şurasının 70 illik yubileyi münasibətilə Bakıda keçirilən “Hüquqlarımız, azadlıqlarımız, bizim Avropa” adlı konfransın açılışında söyləyib.
O həmçinin AŞPA-nın Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı (2005-ci il) qətnaməsini xatırladıb.
Ombudsman Azərbaycanın AŞ-nin insan hüquqları ilə bağlı sənədlərinə qoşulmasının milli qanunvericiliyin təkmilləşdirilməsində vacib amil olduğunu vurğulayıb: "AŞ-yə üzv olduğu dövrdə Azərbaycan qurumun bir sıra vacib sənədlərinin hazırlanmasında və qəbul edilməsində iştirak edib. İnsan hüquqlarının daha səmərəli təmin edilməsi baxımından Azərbaycanda ombudsman təsisatının yaradılması da vacib amildir. Bundan başqa, qeyd etmək istəyirəm ki, Azərbaycan və AŞ, eləcə də AŞPA konkret iş planı üzrə əməkdaşlıq etsəydi, çox səmərəli olardı".
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib