Bəzi ərazilər reallaşdırılan layihə çərçivəsində istisna təşkil edir və onların idarə olunması mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Zonalaşdırma prosesi başa çatdıqdan sonra hər bir vətəndaş müvafiq ərazilərin statusu və idarəetmə sisteminə dair məlumatları rəqəmsal platforma vasitəsilə əldə edə biləcək.
“İki sahil” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini Hüseyn Əliyev deyib.
Onun sözlərinə görə, bu yanaşma ərazilərin idarə olunması ilə bağlı məlumatların əlçatanlığını və şəffaflığını təmin etməyə, vətəndaşların müvafiq məlumatları operativ şəkildə əldə etməsinə imkan yaradacaq.