14 yanvar 2021 18:50
180

Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.

Çelik qeyd edib ki, bu gün AKP-nin növbəti iclası başa çatdıqdan sonra Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq.