Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək.
Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü - FOTO
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər